04 iyun 2020 16:12
1238

ÜST xəbərdarlıq edir: ikinci dalğa olacaq

“Payızda koronavirusun ikinci dalğasına hazırlaşmalıyıq”. “İki sahil” APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe deyib. “Biz ölkələrə müraciət edirik: Vəziyyət yaxşılaşır deyə, bunu bayram etmək vaxtı deyil, hazırlaşmaq vaxtıdır. Biz indi payıza hazırlaşmalıyıq!”, - deyə ÜST rəsmisi vurğulayıb. O qeyd edib ki, hazırda əksər Avropa ölkələrində koronavirusla bağlı vəziyyət yaxşılaşır.