01 oktyabr 2020 10:48
594

Vadim Vasilyevdən Ordumuza dəstək

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev son vaxtlar cəbhə xəttində baş verən hadisələrə biganə qalmayıb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, veteran hücumçu "Facebook" səhifəsində paylaşım edərək Ordumuza dəstək olub.

Paylaşımda bu sözlər yazılıb: "Biz hamımız birləşərək, bir nöqtəyə vuraraq, Azərbaycanın işğal edilmiş torpaqlarını erməni faşistlərindən azad edəcəyik"!

Qeyd edək ki, Azərbaycan millisində 35 oyun keçirmiş Vadim Vasilyev 2 qol vurub. O, karyerası ərzində "Neftçi", "Qarabağ", "Bakı", "Olimpik" və "Karvan" kimi komandaların da formasını geyinib.