16 sentyabr 2019 12:10
1024

Vahid Novruzov: “Auditorlar Palatası 30-dan çox ölkənin müvafiq qurumu ilə əməkdaşlıq edir”

"Bu gün Auditorlar Palatasında "Audit xidməti haqqında” qanunun qəbulunun 25 illik yubileyi ilə bağlı tədbir keçirilib".

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə Palatanın sədri Vahid Novruzov açıb.

O bildirib ki, sözügedən qanun Azərbaycanda audit sahəsinin tənzimlənməsində mühüm rol oynayıb.

“Hazırda Azərbaycan Auditorlar Palatası 30-dan çox ölkənin müvafiq qurumu ilə əməkdaşlıq edir, auditorların inkişafı üçün xarici təcrübəni mənimsəyir”, - V.Novruzov əlavə edib.