20 noyabr 2019 18:57
1059

Van Damm Azərbaycana təşəkkür edib

Belçika mənşəli amerikan aktyoru, döyüş sənəti ustası Jan Klod Van Damm onun adına ucaldılan heykələ görə minnətdarlığını bildirib.

Bu barədə aktyor "Facebook" səhifəsində yazıb: “Heykəltaraş Azad Əliyev tərəfindən Azərbaycanın "Vandam" adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Damm) heykəli ucaldılıb. Təşəkkür edirəm”.

Qeyd edək ki, Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulub. Abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.