11 yanvar 2019 16:02
1877

"VAR" daha bir ölkədə tətbiq olunacaq

Kosovodakı beynəlxalq futbol matçlarında videotəkrar sistemi (VAR) tətbiq olunacaq.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə Kosovo Futbol Federasiyasının baş katibi Erol Saliu “Panorama Online” portalına bildirib. Onun sözlərinə görə, paytaxt Priştinadakı "Fadil Vokrri" və Mitrovitsa şəhərindəki “Adem Yaşari” stadionlarında VAR otaqları yaradılacaq: “Beynəlxalq arenada VAR-dan istifadə etmək ideal olar. Bunun texniki baxımdan baha olduğuna inanmıram. Biz ilk addımlarımızı atmışıq. Texniki şərtləri bilmək üçün UEFA ilə sıx əməkdaşlıq edəcəyik. Kosovo Super Liqasının matçlarında da VAR-dan yararlanmaq əla olar. Bunu tədricən reallaşdırmağa çalışacağıq”.

Qeyd edək ki, UEFA bu mövsüm Bakıda keçiriləcək Avropa Liqasının final matçında da VAR sistemindən istifadə edəcək.