07 iyun 2020 12:54
851

Vaşinqtonda böyük nümayiş

ABŞ-ın paytaxtı Vaşinqtonda son günlərin ən böyük nümayişi keçirilib. “İki sahil”  APA–ya istinadla xəər verir ki, etirazçılar dinc şəraitdə, festival formasında  aksiyada iştirak edib.

Amerika Birləşmiş Ştatlarının paytaxtının mərkəzi küçələrində nəqliyyatın hərəkəti bağlanıb. Nümayişçilər səsgücləndirici ilə çıxışlar edib. Əsas hadisələr Ağ Evin yaxınlığındakı Lafayette Meydanının qarşısında baş verib. Qeyd edək ki, etiraz aksiyası ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlıdır. Bu hadisədən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.