11 yanvar 2019 20:59
116

Vergiödəyicilərinin sayı 12,4 faiz artıb

2019-cu ilin yanvarın 1-nə olan məlumata görə, vergi orqanlarında dövlət qeydiyyatına və uçota alınan vergiödəyicilərinin sayı 970.340-a çatıb.

2018-ci il ərzində uçota alınmış 35.729 təsərrüfat subyektinin (obyektinin) sayı 2017-ci illə müqayisədə 12,4 faiz çox olub. Vergilər Nazirliyinin dövlət qeydiyyatı və uçota nəzarət departamentinin verdiyi məlumata əsasən, 2018-ci il ərzində ümumilikdə dövlət qeydiyyatına və uçota alınmış vergiödəyicilərinin sayı 87.630 olub. Onlardan 12.369-u hüquqi, 75.261-i isə fiziki şəxsdir.

Qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergiödəyicilərinin sayı ilə həmin dövrdə fəaliyyətini dayandırıb və vergi uçotu ləğv edilmiş vergiödəyicilərinin sayı arasındakı fərq 23.993-dür. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2017-ci ilə nisbətən 25,7 faiz artıb. İl ərzində dövlət qeydiyyatından keçmiş 11.927 kommersiya hüquqi şəxsin 70 faizə yaxını elektron qaydada qeydiyyatdan keçib. Ötən il uçota alınmış vergiödəyicilərinin 50,4 faizi regionların payına düşüb.