21 yanvar 2021 13:46
843

Vətən müharibəsində iştirak etdiyinə görə təltif olunan 57 dəmiryolçu

Vətən müharibəsində iştirak etmiş bir çox hərbi qulluqçular var ki, onlar arasında dəmiryolçular da var.

Azərbaycan Dəmir Yolları QSC-dən "İki sahil"ə verilən məlumata görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərdiklərinə görə təltif olunan hərbi qulluqçular arasında "Azərbaycan Dəmir Yolları" QSC-nin 57 əməkdaşı var.