19 avqust 2019 16:14
1623

Vətən sərhəddən başlayır

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Bu baxımdan Azərbaycan sərhəd mühafizəsinin tarixi xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün əhəmiyyətlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı hərbi hissəsində keçirilən “Vətən sərhəddən başlayır” adlı tədbirdə səsləndirilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi Eldəniz Mustafayev və başqaları çıxış edərək, əlamətdar gün münasibətilə zabit və əsgərləri təbrik edib, onlara sərhədlərimizin mühafizəsində uğurlar arzulayıblar. Çıxışlarda sərhəd qoşunlarının formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğu vurğulanıb. Bildirilib ki, son illərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub.

Tədbir Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.