22 yanvar 2021 13:50
1063

Vurduğu qolla Ginnessin rekordlar kitabına düşüb - VİDEO

İngiltərə 4-cü liqa komandası “Nevport Counti”nin qapıçısı Tom Kinq bir rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, qapıçı Tom Kinq, rəsmi bir futbol matçında 96.01 metr uzunluğa  məsafədən  vurduğu qol ilə Ginnessin rekordlar kitabına düşüb.

Daha əvvəl bu rekord 91.9 metr məsafədən vurduğu qol ilə  qapıçı Asmir Begoviçə aid olub.

Qeyd edək ki, Tom Kinq, bu qola “Celtenhem Tovn” ilə maçtda imza atıb. Kinqin qapı zərbəsindən göndərdiyi top rəqib qapıçının başı üzərindən tora daxil olub.