Populyar "WhatsApp" messencerində bərkidilmiş video ilə olan mesaj göndərmək daha rahat olacaq. Yeni funksiya barədə "Wabetainfo" nəşri məlumat verib.
"İki sahil" ictnews.az-a istinadən bildirir ki, yeni funksiyanın mahiyyəti ondan ibarətdir ki, indi istifadəçi videoçarxı həmsöhbətə və ya çata göndərməzdən əvvəl onun səsini ala bilər. Ekranın sol tərəfində videonun müddəti və tutumu haqqında informasiyanın yanında səsə cavabdeh olan dinamik işarəsi olacaq.
Hələlik yeni funksiya beta test mərhələsindədir. Ehtimal ki 2020-ci ilin sonunadək yeni funksiya hər kəsə əlçatan olacaq.
Dünya Bankı Azərbaycanın 2026-2027-ci illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb
Su təhlükəsizliyində YENİ MƏRHƏLƏ: 2035-Cİ İLƏ QƏDƏR DAYANIQLI TƏMİNAT ƏSAS HƏDƏFDİR
Dövlət su təchizatı ilə bağlı çox aydın yol xəritəsinə malikdir - Bəhruz Məhərrəmov