25 yanvar 2021 10:13
877

WhatsApp yenilənməyə görə milyonlarla istifadəçisini itirir

Xidmət şərtlərinə tətbiq olunan uğursuz bir yeniləmə milyonlarla WhatsApp istifadəçilərinin Signal və Telegram kimi alternativ  proqramları  seçməyə məcbur etdi.

Baş verən yeniləmə fevral ayının 8-dən baş tutmalı idi. Lakin şirkət anidən yaydığı və istifadəçilərin narahatlıqla qarşıladığı  məsələni məhdudlaşdırmaq  məcburiyyətində qaldı.  

İngiltərə parlamentinin Daxili İşlər Komitəsinin paylaşdığı rəqəmlərə görə, yanvar ayının ilk üç həftəsi ərzində dünyada  Signal  istifadəçilərinin sayı 7,5 milyona , Telegram istifadəçilərinin sayı 25 milyona çatıb.

theguardian.com saytının materialı əsasənda hazırladı :

Leyla Şıxəli Bayramlı, “İki sahil”