22 fevral 2019 18:41
1864

“Whatsapp”da xəta

Məşhur mesajlaşma proqramlarından biri olan “Whatsapp”da kritik bir səhv müəyyən edilib. Yeni aşkar edilmiş səhv səbəbindən, biometrik təhlükəsizlik qəbulu zamanı autentifikasiya edilmədən birbaşa proqrama keçir. Reddit adlı istifadəçinin məlumatına görə, bu təhlükəsizliyi təmin edən “Face ID” və “Touch ID” dəstəkləyici proqramları çox vaxt işləmir.

“Whatsapp”ın biometrik təhlükəsizlik tənzimləməsində, “iOS Share” ekranında heç bir “Touch ID” yoxlaması tələb olunmur. Bundan əlavə, “iOS Share” ekranında ana səhifəyə qayıtsanız, proqramı yenidən açarkən təhlükəsizliyi təsdiqləmir.

Söhbəti gedən bu xətanın “Whatsapp” dan yoxsa “iOS” əməliyyat sistemindən meydana gəlib gəlmədiyi bilinmir.

Röya Rasimqızı