20 yanvar 2021 04:32
773

“WhatsApp”da yeni funksiya

"WhatsApp" messencerində böyük həcmli mesaj massivi ilə işləməyi asanlaşdıracaq "Read Later" (sonra oxumaq) funksiyası istifadəyə veriləcək.

"İki sahil" bildirir ki, yeni funksiya "Archive"i (arxiv) əvəz edəcək. Yeni funksiya messencerin "Android" üçün versiyalarında beta sınaqdan keçirilir. Tezliklə başqa platformalar üçün də əlçatan ola bilər. Əvvəllər arxivləşdirmə vaxtı istifadəçiyə mesaj göndərilməsi dayandırılırdı, indi isə bölmə yuxarıda bərkidiləcək, istifadəçilər mesajları həmin bölmədə görə biləcək, amma bildiriş gəlməyəcək.