07 fevral 2019 10:56
1425

“Whatsapp”dan yenilik

İPhone sahibləri artıq sadəcə Face ID  ya da Touch ID ilə “Whatsapp”a daxil ola biləcək. Etmədiklərində “Whatsapp”a girişləri mümkün olmayacaq. İstifadəçilər artıq “Whatsapp”a daxil ola bilmək üçün barmaq izi, ya da üz tanıma funksiyasından istifadə etməlidirlər. Bu funksiyalar vasitəsilə telefonun ekran kilidi açıq olsa belə “Whatsapp” profilinizə kənar şəxslər  daxil ola bilməyəcək.

“Whatsapp” profilinizdə bu funksiyanı aktivləşdirmək üçün  “Tənzimləmələr>Hesab>Gizlilik” yolunu izləməlisiniz. Sonra da ekran kilidi funksiyasını aktivləşdirməyiniz kifayətdir. Bunları etdikdən sonra siz hər dəfə “Whatsapp”a daxil olmaq istədikdə sizdən öncə Face ID və ya Touch ID-yə giriş etməyiniz tələb olunacaq.

Bir daha qeyd edək ki, bu yenilik hələ ki sadəcə İPhone istifadəçiləri üçün edilib. 

Röya Rasimqızı