11 yanvar 2019 20:43
1085

“Whatsapp”ınıza başqası daxil ola bilməyəcək

2009-cu ildə yaradılan və smartfonlarda ən çox  istifadə olunan  müasir onlayn mesajlaşma-”whatsapp”. İstafədisinin sadəliyi, internetin gücünün normal olduğu məqamlarda belə istifadə olunan, çox internet sərfiyyatı etməyən  sosial şəbəkədir. Daim yenilənmələr edilərək  günü-gündən təkmilləşdirib, müasir standartlara cavab verəcək səviyyəyə gətirilib.

Onlayn  mesajlaşmanın ən məşhur növü olan  “whatsapp”ın gizlilik  ayarlarında hər kəsin çoxdandır gözlədiyi yenilik olacaq. Bu dəyişikliyin əsasında istifadəçilərin güvənliyi ön plana çıxarılıb. Belə ki,  bu yenilənmənin edilməsində əsas məqsəd isə “whatsapp”a bir müddət öncə başqalarının etdiyi  icazəsiz müdaxilələrin tamamilə aradan qaldırılmasıdır.

Nəzərdə tutulan dəyişiklik gizlilik sistemi ilə bağlıdır. Whatsappa giriş etmək üçün  istifadəçinin barmaq izi tələb olunacaq. Şəxsin özünün barmaq izi olmadan hesaba daxil ola bilməyəcəksiniz. Bu tətbiq  istifadə verildiyi  gündən “whatsapp” sahibi onu aktivləşdirib, gizlilik ayarlarını mühafizə edə bilər. Yeniliyi tətbiq etmək üçün profil sahibi  bu ardıcıllığa əməl etməli olacaq: tənzimləmələr-hesab-gizlilik. Yeni tətbiq “kimliyini təsdiq et” adlı bölmə şəklində “whatsapp” gizlilik sisteminə əlavə olunacaqdır. Barmaq izi  aktivləşdirildikdən sonra ondan istifadə etməli olacaqsınız. Hər dəfə hesabınıza girdikdə sizdən barmaq izinizi tələb edəcək. Tələbə cavab verilmədiyi təqdirdə, nə hesaba giriş, nə yazışma , nə də daxil olan mesajlara baxmaq imkanınız olacaqdır.Beləliklə,  “whatsapp” gizlilik sistemi təhlükəsizlik baxımından  bir səviyyə daha yüksələcəkdir.

Sınaq  mərhələsində olan yeni özəlliyin tezliklə istifadəçilərin ixtiyarına verilməsi nəzərdə tutulur.

Yaqut Ağaşahqızı, “İki sahil”