11 dekabr 2019 17:35
624

Xaçmazda azyaşlının əli ətçəkən maşında qalıb

Xaçmaz rayonunda azyaşlının əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, bu barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.