04 dekabr 2020 15:29
425

Xaçmazda xuliqanlıq törədən şəxs tutulub

Xaçmaz şəhəri ərazisində xuliqanlıq törətməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "İki sahil"ə verilən məlumata görə, şəhərin Ağtala kənd sakini İ.İsmayılovun xuliqanlıq zəminində döyülməsi və “VAZ-2106” markalı avtomobilinin yan şüşəsinin sındırılması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Xuliqanlığı törətməkdə şübhəli bilinən T.Hümbətov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində təhqiqat aparılır.