08 avqust 2019 12:49
193

Xanım millət vəkilinin iclasa körpəsilə gəlməsi QALMAQAL YARATDI - FOTO

Qadın millət vəkili Züleyxa Həsən Milli Məclisin iclasında 5 aylıq körpəsi ilə birlikdə gəlib.

Publika.az xəbər verir ki, hadisə Keniyada baş verib.

Milli Məclisin sədri Xristofer Omulele parlamentdə körpəyə qulluq etmək üçün uyğun yer olmadığını bildirib və deputatdan salonu tərk etməsini tələb edib. Lakin deputatın yoldaşları bu qərara sərt reaksiya göstərib. Züleyxa Həsən mühafizəçilər tərəfindən məcburi çölə çıxarılıb. Çox sayda millət vəkili Züleyxaya dəstək olmaq üçün salonu tərk edib.

Milli Məclisin işinə müvəqqəti fasilə verilib.