28 oktyabr 2020 18:57
1636

Xankəndində doğum evinin “vurulması” yalanı ifşa olundu

Bu gün Bərdə şəhərində dəhşətli terror aktı törədən işğalçı Ermənistan çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətdən diqqəti yayındırmaq üçün müxtəlif dezinformasiyalar yayır.

"İki sahil" Azvision.az-a istinadla xəbər verir ki, ermənilərin yaydığı növbəti saxta xəbərlərdən biri Azərbaycan Ordusunun guya Xankəndi şəhərində yerləşən doğum evini atəşə tutuması ilə bağlıdır.

İşğalçı ölkə bununla Bərdə terrorunu dünya ictimaiyyətinin diqqətindən kənarlaşdırmağa çalışsa da, nəticədə istəyinə nail ola bilmədi.

Apardığımız araşdırma zamanı məlum oldu ki, ermənilərin "doğum evi" kimi təqdim etdiyi bina tikintisi başa çatmamış tikilidir. Həmin bina ümumiyyətlə, indiyədək heç vaxt doğum evi kimi fəaliyyət göstərməyib. Hazırda tikintisi davam edən inzibati tikilinin ilin sonunda istifadəyə veriləcəyi gözlənilirdi.

Bu fakt bir daha təsdiqləyir ki, Ermənistan tərəfinin yaydığı məlumatlar saxtadır, məqsədi insanlar arasında çaşqınlıq yaratmaq, onlarla günahsız azərbaycanlının ölümü ilə nəticələnən qanlı cinayətlərə bəraət qazandırmaqdır.