08 noyabr 2019 13:16
158

Xəyalə Quliyevadan ağır sözlər: Hər kəsdən üzümü çevirdim

“Kədərlənmək istəmirsənsə, səni dəfələrlə üzənin arxasınca getmə. O yolun sonunda xoşbəxtlik yoxdur. Şəxsən mən dəyər bilməyən hər kəsdən üzümü çevirdim. Yaxşı olsun, xoşbəxt olsun, amma məndən uzaq olsun”.

Publika.az xəbər verir ki, bu sözləri məşhur aktrisa və aparıcı Xəyalə Quliyeva İnstaqramda yazıb. Qədrini bilməyən insanlardan gileylənən aktrisa onlara ismarış yollayıb:

“Sizə nə qədər qiymət verildiyini rəftardan müəyyən edə bilərsiniz... Zənglərdən sizə nə qədər ehtiyac olduğunu... Və yalnız zaman göstərir ki, kimin üçün həqiqətən də qiymətlisiniz. Həyatda özünü, yalnız səni yuxarı darta biləcək insanlarla əhatə elə. Çünki artıq həyat ayağından aşağı çəkəcək insanlarla doludur!”

Xəyalə Quliyeva hesab edir ki, həyatda özündən savayı heç kimə arxalanmaq lazım deyil:

“Ağacda oturan quş heç vaxt budağın qırılmasından qorxmaz. Çünki onun güvəni budağa deyil, öz qanadlarınadır. Dediyim odur ki, özünüzdən başqa heç kimə güvənməyin. Ağ qızılgülün də kölgəsi qara olur”.