28 fevral 2020 19:12
2385

Xəzər rayonunda 616 fərdi yaşayış evinə qaz verilib

Fevralın 28-də Xəzər rayonu, Binə qəsəbəsi “Atçılıq” adlandırılan ərazidə Badam bağlarının ətrafında yerləşən yeni massivin qazlaşdırılması işləri başa çatdırılıb.

“Azəriqaz” İB-dən bildirilib ki, yaşayış massivinin qazlaşdırılmasına ötən ilin iyulunda başlanılıb və iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə müxtəlif diametrli borularla 38 min 471 metr, ikinci mərhələdə isə 10 min 92 metr, ümumilikdə 616 fərdi yaşayış evinin qazlaşdırılması üçün müxtəlif diametrli metal borularla 48 min 563 metr uzunluğunda qaz kəməri çəkilib. Hər bir mənzil qaz sayğacı və fərdi tənzimləyici ilə təmin edilib.