11 dekabr 2019 12:26
789

Xırdalanın 6 küçəsi yenidən qurulur

Xırdalan şəhərində daha 6 küçə asfaltlanacaq. Rayon rəhbərliyinin bir neçə gün öncə ölkə

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dekabrın 12-dən şəhərin 6 küçəsində təmir işlərinə başlanacaq. Belə ki, S.Bəhlulzadə, Z.Tağıyev, Nizami və Qalubiyyə küçələri agentlik tərəfindən, Qəşəm Aslanov və Mehdi Hüseynzadə küçələri isə rayonun daxili imkanları hesabına yenidən qurulacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 27-də imzaladığı Sərəncama əsasən Xırdalan şəhərinin 5,1 kilometr uzunluğu olan Heydər Əliyev prospekti yenidən qurulacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.