Xorvatiyada 5,3 bal gücündə zəlzələ olub

22 mart 2020 11:58
862

Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında 5,3 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 05.24 radələrində baş verən zəlzələnin ocağı Zaqrebdən 7 km uzaqlıqda, 10 kim dərinlikdə yerləşib.