30 sentyabr 2020 20:13
720

Xorvatiyada koronavirusa yoluxanların sayı artır

Xorvatiyada koronavirusa yoluxanların sayı 16 min 593 nəfərə çatıb. "İki sahil"in məlumatına görə, AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, son 24 saat ərzində 213 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 280 nəfər, sağalanların sayı isə 14 min 489 nəfərdir.

Qeyd edək ki, Xorvatiyada virusla mübarizə öncədən müsbət nəticələr göstərsə də, son ayda yoluxanların sayı yüksək templə artmağa başlayıb. Hökumət vətəndaşları məsuliyyətli olaraq sanitar normalara riayət etməyə çağırır.