22 yanvar 2019 16:56
1123

Xoşbəxt olmağın 40 vacib qaydası

Ucuz avtomobildən istifadə et, amma ala biləcəyin ən gözəl evi al.

Maraqlı üç lətifə öyrən.

Sevinclərini heç vaxt təxirə salma.

Həyat yoldaşını çox yaxşı seç. Çünki bu seçim xoşbəxtliyinin və ya bədbəxtliyinin 90 faizini meydana gətirər.

Hər gün 30 dəqiqə piyada gəz.

Hər yeməkdən əvvəl şükr et.

Bir yoldaşına sirrini açmazdan əvvəl iki dəfə düşün.

Maaşını verən şəxsləri heç vaxt tənqid etmə.

İtirəcək şeyləri olmayan insanlardan qorx.

Gözünün qarşısında həmişə gözəl şeylər saxla.

Uşaqlarının səni yaxşı xatırlayacağı şəkildə yaşa.

Dininə aid kitabı tam mənasıyla oxumaq üçün özünə 1 il vaxt ver.

Özünü və başqalarını bağışlamağı bil.

İlkin tibbi yardımı öyrən.

Biri səni qucaqladığında ilk buraxan sən olma.

Hər gün 8 stəkan su içməyi unutma.

Səni sevən insanları qoru,  onları sevməyi bacar.

Çətin də olsa ailənlə tətil etmək üçün əlindən gələni et. Bu tətildəki anlar, həyatının qiymətli anlarından olacaq.

Özünə edilməsini istəmədiyin heç bir şeyi başqalarına qarşı da etmə.

Müvəffəqiyyətə, daxili rahatlığa qovuşduğun, sağlam olduğun və sevildiyin zamanı qiymətləndir.

Yaxşı və müvəffəqiyyətli bir evliliyin iki şeyə bağlı olduğunu unutma. Birincisi doğru insanı tapmaq, ikincisi doğru insan olmaq.

Valideyinlərini, həyat yoldaşını və uşaqlarını təhqir etmək istədiyin zaman dilini dişlə.

Xoşagəlməz olmayacaq şəkildə ayrı fikirdə olmağı öyrən.

Cəsarətli ol, yoxsa həyatına geri çevrilib baxdığın zaman etdiklərin üçün yox,  etmədiklərin üçün kədərlənəcəksən.

Çox mükəmməl deyə dəyərləndirdiyin bir fikrə başqasının maneə törətməsinə icazə vermə.

Problemlərini, sıxıntılarını ətrafındakılara yansıtma.

Necə bir duyğu olduğunu öyrənmək üçün 24 saat heç kimi və heç nəyi tənqid etmə.

Evliliyini gözəlləşdirmək üçün hər gün  ikiniz üçün də yeni və maraqlı ola biləcək bir şeylər et.

Yaxşılıq dolu bir sözü və yaxşılığın təsirini əsla kiçik hesab etmə.

Uşaqların haqqında başqalarına yaxşı bir şeylər danışarkən, çalış bunları onlar da eşitsin.

Gücün, sahib olduğun mülkünlə əlaqədar deyil, bunu unutma!

Uşaqlarını anlamağa çalış, danlamağa yox.

Qələm və qeyd dəftərçəni daima yanında gəzdir. Özün üçün qeydlər etmək səni rahatladacaq.

Zaman və sözləri boş yerə xərcləmə, ikisi də çox qiymətlidir.

İnsanların mənfilərini deyil, müsbətlərini dəyərləndirməyə çalış.

Səndən az ya da çox imkanı olanlarla, pulun haqqında danışma.

Bir şeyi əldə etmək üçün çox səy sərf etdinsə, dadını çıxartmaq üçün zaman ayır.

Birinin qəhrəmanı ol.

Nəyi və kimi dəstəklədiyini insanlara söylə.

Yalnız sevgi üçün evlən.

Röya Rasimqızı