13 yanvar 2020 18:17
1145

Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib

Tanınmış neftçi-alim və geoloq Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif olunub.

Prezident İlham Əliyev “X.B.Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Bağı oğlu Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.