04 iyun 2020 18:30
975

Xroniki xəstələrlə bağlı tibb müəssisələrinə göstəriş verilib

“Xroniki  xəstələrlə bağlı tibb müəssisələrinə artıq göstəriş verilib”. “İki sahil”  APA-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. R. Bayramlı deyib ki, mümkün olsa, onlar digər günlərdə xəstəxanalarda qəbul ediləcək: “Zəruri vəziyyətlərdə həmin xəstələrə təcili yardım maşınları ilə bütün xidmətlər göstəriləcək”.