28 iyun 2019 20:54
725

Yadplanetlilərin şəhəri üzə çıxdı - Ayda yeni kəşf

Ayla bağlı yeni kəşf elm dünyasında maraqlı müzakirələrə səbəb olub.

“Ölkə.Az” xəbər verir ki, ufoloqlar Yerin peykində Qədim Roma Kolizeyinə bənzəyən nəhəng bina aşkar ediblər. Ufoloqların fikrinə əsasən, binanın forması təsadüfən belə olmayıb, yadplanetlilər Yerdə belə bir binanın olduğunu bilirlər.

Amma bəzi konspiroloqlar əmindirlər ki, əslində məsələ başqa cürdür. Romada Kolizeyin inşası barədə məlumatlar yadplanetlilərdən alınıb. Bəzi ufoloqlar da iddia edirlər ki, yadplanetlilər müntəzəm olaraq Yerə səfər edirlər və insanları izləyirlər. Onları daha çox insan mentaliteti maraqlandırır və öz gəmiləri üçün uyğun baza yeri axtarırlar.

Ayda kəşf edilən meqapolisdə isə yaşayış var. Ekspertlər iddia edirlər ki, kraterdə müxtəlif dəyişikliklər baş verir. UNO-lar isə “qapı”lardan içəri daxil olurlar. Ehtimal edilir ki, Kolizey nə vaxtsa uçan boşqabların dayanacağı olub. Onun nəhəng ölçüləri yadlanetli gəmilərə uyğundur.

NASA isə məsələ ilə bağlı rəsmi açıqlama verməyib.