15 yanvar 2020 15:33
1437

Yağış bir neçə əsrlik məzarları ortaya çıxardı - FOTO

Güclü yağış əsrlərlə yaşı olan məzar daşlarını ortaya çıxarıb.

“İki sahil” xəbər verir ki, hadisə Türkiyənin Balıkesir vilayətinin Bandırma rayonunda baş verib. Leysan nəticəsində torpaq sürüşüb, bundan sonra məzar daşları üzə çıxıb. Bir vətəndaşın xəbərdarlığına əsasən qeyd olunan ərazidə lazımi təhlükəsizlik tədbirlərinin görülüb. Əraziyə gələn jandarma əməkdaşları məsələ ilə bağlı Bandırma Muzey İdarəsinə məlumat veriblər.

Mütəxəssislərin apardığı araşdırma nəticəsində məzar daşlarının bir neçə əsr yaşı olduğu müəyyənləşib. Aparılan araşdırmadan sonra məzar daşları muzeyə aparılıb.