13 dekabr 2019 11:13
1161

Yalnız atadan övlada ötürülən genetik xüsusiyyətlər

Genetika çox qəribə və maraqlı anlayışdır. Anadan övladına bir çox zahiri və daxili cəhət keçsə də, adətən körpələrə atadan daha çox genetik özəllik ötürülür.

Üzün simmetriyası körpəyə atadan keçir. Əgər atanın qalın çənəsi, assimetrik qaşları və burnunda əyriliyi varsa, bilin ki, övladı da həmin özəlliklərlə doğula bilər. Həmçinin normadan böyük qulaqlar da bu siyahıya aiddir.

Batıq yanaqlar üz əzələsi ilə bağlı olan özəllikdir və dominantlıq təşkil edir. Əgər atanın yanağı batırsa, övladı da bu xüsusiyyəti təkrarlayacaq.

Dişlərin keyfiyyəti qədər forması da genetik xüsusiyyət daşıyır. Əgər atanın nə vaxtsa ağız boşluğunda problemi olubsa, demək çox gümanki, övladında da həmin problem yaşanacaq.

Maraqlısı budur ki, saçların quruluşu və qalınlığı da atanın mirasıdır. Belə ki, atanın saçları tökülməyə meyillidirsə, bu hal övladında da təkrarlanacaq. Bura, həmçinin saçın rəngi, buruqluğu kimi cəhət də daxildir.

Əl izlərimiz hər birimizdə unikal və fərqlidir. Lakin çox vaxt körpənin əl izləri valideynlərinkinə çox bənzəyir. Xüsusən də, ata və oğul arasındakı bu bənzərlik bəzən alimləri heyrətləndirir.

Atanın dodaq quruluşu da körpəsində adətən təkrarlanır. Əgər atanın dodaqları həcmlidirsə, böyük ehtimalla övladında da bu cəhət təkrarlanacaq.

Röya Rasimqızı, “İki sahil”