10 avqust 2020 15:57
786

Yanacaqdoldurma məntəqəsində güclü partlayış olub

Rusiyanın Volqoqrad şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. //Trend