16 yanvar 2021 11:24
713

Yanvarın 18-dən Azərbaycanda vaksinasiyanın başlanmasına qərar verilib - Şahmar Mövsümov

Yanvarın 18-dən Azərbaycanda vaksinasiyanın başlanmasına qərar verilib.
"İki sahil" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Ş.Mövsümov bildirib ki, ilk mərhələdə tibb işçiləri vaksinasiya olunacaq.