11 iyul 2019 17:19
210

YAP-ın “Yay məktəbi” layihəsi gənclər tərəfindən böyük maraqla qarşılanır

Milli Məclisin deputatı, Hadi Rəcəbli: “Hər il təşkil olunan “Yay məktəbi” layihəsi gənclər tərəfindən böyük maraqla qarşılanır. Mən tez-tez belə seminnarlarda oluram və hər il gənclərin daha da inkişaf etdiyini müşahidə edirəm. YAP-ın üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir. Heç şübhəsiz ki, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Nəticə etibarilə, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan siyasəsi kursu, gənclərə xüsusi diqqət və qayğı göstərməsi və digər məqamlar gənclərin partiyamıza üz tutmasını şərtləndirir. Yeni Azərbaycan Partiyasının, o cümlədən Gənclər Birliyinin özündə yüksək intellektual potensiala malik gəncləri birləşdirməsi ilə yanaşı, partiya strukturlarında gender bərabərliyinin təmin olunduğu da müşahidə edilir. Yüksək intellektual səviyyəyə sahib olan gənc xanımlar partiyamıza üz tutur, bir sıra hallarda onlara yüksək etimad göstərilməsinin nəticəsi olaraq idarəetmə strukturlarında təmsil olunurlar”.