02 dekabr 2019 17:26
200

YAP İsmayıllı rayon təşkilatı bələdiyyə seçkilərinə start verib - FOTO

23 dekabr 2019-cu il tarixdə keçirələcək Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin təbliğat-təşviqat kompaniyasına start verilib.

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi təbliğat-təşviqat tədbirləri çərçivəsində bələdiyyə üzvülüyünə namizədliyi Yeni Azərbaycan partiyası tərəfindən irəli sürülmüş namizədlərin seçki plakatlarını Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrə yapışdırmaq prosesi başa çatdırılıb.

YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi tərəfindən təbliğat-təşviqat işlərinin yüksək səviyyədə təşkili üçün bütün seçki proseduraları uğurla davam etdirilir.

YAP rayon təşkilatı əmindir ki, seçki prosesi əvvəlki illərdə olduğu kimi, bu seçkilər də yüksək səviyyədə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə, Seçki Məcəlləsinə və onun təlimatlarına uyğun olaraq tam şəffaf, ədalətli şəkildə keçiriləcək.

Orxan Vahidoğlu, “İki sahil”