03 dekabr 2020 20:55
886

Yaponiyada 2035-ci ilədək benzin və dizel mühərrikli avtomobillər satışdan çıxarıla bilər

Yaponiya hökuməti benzin və dizel mühərrikli avtomobillərin satışdan çıxarılması məqsədilə 2030-cu illərin ortalarınadək yerli avtomobil bazarının tənzimlənməsi üçün daha sərt qaydalar tətbiq etmək niyyətindədir.

"İki sahil" APA-ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı xəbər verir.

Qeyd olunur ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin planlarına görə, gələcəkdə ilkin bazarda yalnız hibrid, elektromobil və yanacaq elementli avtomobillər almaq mümkün olacaq.

Bu cür tədbirlər Tokionun 2050-ci ilədək karbon və digər istixana qazlarını tamamilə ləğv etmək strategiyasının bir hissəsidir. Bu hədəfi əvvəllər ölkənin Baş naziri Yosihide Suqa da səsləndirmişdi.