30 may 2020 10:51
821

Yaponiyada koronavirusa yoluxanların sayı artır

Yaponiyada son sutka ərzində 74 nəfər koronavirusa yoluxub ki, bunun da üçdəbiri paytaxt Tokionun payına düşür.

AZƏRTAC Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə və yerli administrasiyaların yaydığı məlumata istinadla xəbər verir ki, ölkədə ümumilikdə virusa yoluxanların sayı 17 min 545 nəfərə çatıb. Onlardan 14 min 908-nin sağaldığı, 902 nəfərin isə həyatını itirdiyi bildirilir. 132 nəfərin vəziyyəti ağırdır.

Ən çox yoluxma halı ölkənin cənub-qərbində yerləşən Kitakyuşu şəhərində qeydə alınıb. Bu şəhərdə 26 nəfər koronavirusa yoluxub. Şəhərin meri burada yoluxmanın ikinci mərhələsinin başladığını bəyan edib. Eyni zamanda, bir neçə yerdə kütləvi yoluxma halı qeydə alınıb. Bunların təqribən yarısında ilkin yoluxma mənbəyini tapmaq mümkün olmayıb.