26 yanvar 2021 00:08
814

Yaponiyada ucuz elektromobillər istehsal olunacaq

Yaxın zamanlarda dünya avtomobil bazarından ucuz elektromobillər peyda olacaq, yeni nəqliyyat növünə tələbat isə sürətlə artacaq.

"İki sahil"in məlumatına görə, bunu Yaponiyanın "Nidec" mühərrik istehsalı şirkətinin rəhbəri Sigenobu Naqamori deyib. O bildirib ki, Çin istehsalı olan və qiyməti 4 300 dollar təşkil "Wuling" elektromobili Çindəki satış həcminə "Tesla Model 3" avtomobillərini geridə qoyub.

Şirkət rəhbəri əlavə edib ki, yaxın gələcəkdə Yaponiya satış qiyməti 3 min dollardan az olacaq elektromobillər istehsal olunacaq. Bu avtomobillər satış həcmini indiki 90 milyondan 300 milyonadək artıra bilər.