14 may 2019 19:58
1251

Yaponlar dünyanın ən sürətli sərnişin qatarını təqdim etdilər - VİDEO

Yaponiyanın “JR East” dəmir yolu şirkəti yüksəksürətli “Alfa-X” qatarını təqdim edib.

Sözügedən qatar saatda 400 km sürətlə hərəkət edə bilir və artıq sınaqlara start verilib.

Bildirilir ki, qatar sərnişinləri 360 km/saat sürətlə hərəkət edərək daşıyacaq. Bu isə sərnişin qatarı tarixində rekord sayılacaq. Hələlik sınaq mərhələsi keçirilir və sərnişinsiz qatar üzərində işlər gedir.

Şirkət rəhbərliyi bildirib ki, “Alfa-X” bu yaxınlarda istifadəyə veriləcək. 10 vaqondan ibarət boş qatar hələlik gecə saatlarında Senday və Aomori şəhərləri arasında hərəkət edəcək. Sonra isə marşrut Sapporo şəhərinə qədər artırılacaq.

Yüksək texnologiyalı amortizatorlar sayəsində qatar çox yumşaq olacaq.