22 yanvar 2021 18:15
1036

Yaqub Mahmudov müşavir təyin edilib

Akademik Yaqub Mahmudov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib.

AMEA-dan "İki sahil"ə verilən məlumata görə, Y.Mahmudov AMEA prezidentinin müşaviri təyin edilib.

Qeyd edək ki, Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. O, 2004-cü ildən Tarix İnstitutunun direktoru vəzifəsində çalışırdı.