06 noyabr 2019 14:13
121

Yaroslav Deda: "Qarabağ" variantını eşidəndə bir an düşünmədim

"Bu səfər mənə çox şey verdi. "Qarabağ" variantını eşidən kimi bir an düşünmədim. Çünki Çempionlar Liqasında oynamaq perspektivi var idi". 

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq hücumçusu Yaroslav Deda deyib.

2017-ci ildə Ağdam təmsilçisinin U-19 komandasında çıxış edən 20 yaşlı hücumçu hazırda üzvü olduğu Ukraynanın "Karpatı" klubunun rəsmi saytına müsahibəsində Azərbaycandakı karyerası ilə bağlı da danışıb. Ölkəmizdəki mühitə tez uyğunlaşıdığını deyən hücumçu Azərbaycan vətədaşlığını almaq təklifini qəbul etmədiyini bir daha xatırladıb:

"Azərbaycanın mentaliteti bizimkindən fərqlidir. Ancaq əvvəlcə bu baxımdan heç bir promlem yaşamadım. İki aya uyğunlaşdım və özümü evdək ikimi hiss etdim. 

2017-ci ilin noyabrında mənə vətəndaşlığımı dəyişmək təklif edildi. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim. Mən ukraynalıyam, yalnız Ukrayna millisində oynamaq istəyirəm".

Qeyd edək ki, 2017-ci ilin yayında "Qarabağ"ın U-19 komandasına cəlb olunan Deda Ağdam klubunun heyətində UEFA Gənclər Liqasında 4 oyuna çıxıb, 3 qol vurub. O, iki dəfə "Atletiko"nun, bir dəfə isə "Çelsi"nin qapısına yol tapıb.