18 sentyabr 2020 23:55
1275

Yaşına görə "Ginnes"ə düşdü

Yaponiyalı Kane Tanaka dünyanın ən uzunömürlü sakini kimi Ginnesin rekordlar kitabına düşüb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, qadının yaşı 117 il 260 günü keçib. Bununla da o, iki il əvvəl vəfat etmiş Nabi Tadzimanın rekordunu təzələyib.

K.Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. O, şokoladı və qazlı içkiləri çox sevdiyini və 120 yaşınadək yaşamağa ümid etdiyini deyib.