15 mart 2019 10:39
48

Yeni Zelandiyanın baş naziri məscidlərdə atışmanı şərh edib

Kraystçerçdəki hadisələr - nadir və misilsiz qəddarlıq aktlarıdır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Yeni Zelandiyanın baş naziri Casinda Ardern bildirib.

C.Ardern deyib: "Kraystçerçdəki hadisələr - nadir və misilsiz qəddarlıq aktlarıdır. Yeni Zelandiyada bunun üçün yer yoxdur. Zərərçəkənlərin çoxu - miqrant icmalarının üzvləridir, Yeni Zelandiya onların evləridir, onlar - bizik".

Qedy edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində silahlılar Əl-Nur və Linvud Məscid məscidlərində insanlara atəş açıblar. İnsindetn nəticəsində azı 27 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Atəş açan şəxslərdən biri polislər tərəfindən saxlanılıb.