“Monako” yeni transfer həyata keçirib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Fransa Liqa 1 təmsilçisi İngiltərə “Lester Siti”sindən Adrien Silvanı heyətinə qatıb. Silva 2019/20 mövsümünü icarə əsasında “Monako”da keçirəcək.
Portuqaliyalı yarımmüdafiəçi ötən mövsümdə də icarə əsasında məhz “Monako”da çıxış etmişdi.