Yerevan Dövlət Universitetinin (YDU) rektoru Aram Simonyan tutduğu vəzifədən istefa verib.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Gevorq Emin-Teryan “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, 2015-2018-ci illərdə universitetin 18 əməkdaşı Ermənistandan kənarda uzun müddətə müalicə olunublar. İstintaq onların adlarının faktiki işdə olan kimi qeydə alındığını aşkarlayıb. Universitet rəhbərliyinin bir sıra sui-istifadə halları aşkarlandığına dair xəbər yayılmışdı. Aparılan yoxlamalar nəticəsində YDU-nun fonduna, təxminən, 1,6 milyon dollar məbləğində ziyan dəydiyi məlum olub.
Xatırladaq ki, cari ilin fevralında YDU tələbələri rektor Aram Simonyanın istefasını tələb ediblər.