09 oktyabr 2019 10:37
206

Yevlaxın təbii qaz təchizatında fasilə yaranacaq

Oktyabrın 9-da saat 10:00-dan “Qaz İxrac” İdarəsinin “Qarabağ” ölçü qovşağı üzrə aşkarlanan qaz sızmalarının aradan qaldırılmasına başlayıb. Bu müddət ərzində Yevlax rayon mərkəzinin bir hissəsi və bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.