31 may 2020 12:20
695

Yük maşını dərəyə aşaraq...

Tovuz rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz rayon Ağacqala kənd ərazisində qeydə alınıb. 

Tovuz rayon sakini, 1977-ci il təvəllüdlü Nüsrət Valeh oğlu Məhərrəmov idarə etdiyi yük maşını ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.  

Avtomobilin aşdığını görən sürücü özünü maşından atıb. Dərəyə aşan yük avtomobili yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub  və yanğın söndürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.