14 yanvar 2019 15:11
977

Yumurta “Instagram” rekordçusu oldu

Toyuq yumurtasının ağ fonda olan fotoşəkli “Instagram” sosial şəbəkəsində rekord sayda “bəyənmə” toplayıb.

Bu haqda “BuzzFeed” məlumat yayıb. 10 gün ərzində fotoşəkil 25 milyon dəfədən çox bəyənilərək, populyarlığına görə Kayli Cennerin yeni doğulmuş körpə qızının şəklini üstələyib.

“Gəlin, birlikdə yeni dünya rekordu quraq və “Instagram”ın ən çox bəyənilən postunu yaradaq. Birlikdə Kayli Cennerin  rekordunu (18 milyon) əlindən alaq”, - deyə world_record_egg profilinin sahibi yanvarın 4-də çağırış edib.