21 iyun 2019 16:37
1399

Yunanıstanda qatar avtobusla toqquşub

Afinanın ətraf şəhərlərinə hərəkət edən qatar içərisində sərnişinlərin olduğu avtobus ilə toqquşub.

AZƏRTAC xəbər verir ki, Liosiya bölgəsində baş verən qəza nəticəsində ölən olmayıb. Bəzi sərnişinlər kiçik xəsarət alıblar. Qəzanın səbəbi kimi tıxacın olması göstərilir. Hadisə ilə bağlı araşdırma aparılır.