Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
19 sentyabr 2020 14:14
911

Yupiterin heyrətamiz görüntüləri - FOTO/VİDEO

“Hubble” Kosmik Teleskopu sayəsində alimlər Yupiterdə 18 avqustda başlayan ağ fırtınanın misilsiz görüntüsünü çəkə biliblər.

Foto teleskopun rəsmi “Instagram” səhifəsində yayımlanıb.

Bildirilir ki, görüntü avqustun 25-də - planet Yerdən 653 milyon kilometr məsafədə olduğu zaman çəkilib. Fotoşəkildə Yupiterin solunda yerləşən peyklərindən biri də əks olunub.

““Hubble”ın görüntüsünün ən bənzərsiz və həyəcan verici detalı isə şimal enliklərində saatda 560 kilometr sürətlə hərəkət edən parlaq, ağ və uzanan fırtınadır”, - deyə görüntüyə şərh kimi yazılıb.

Oxu.az